Ursula von der Leyen Makronla birgə Çinə səfər edəcək

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen gələn ayın əvvəlində Fransa Prezidenti Emmanuel Makronla birlikdə Çinə səfər edəcək.

Bu barədə Aİ liderlərinin Brüsseldə keçirilən sammitindən sonra mətbuat konfransında Emmanuel Makron deyib.

O, aprelin 4-də Leyenə onu Çinə səfərində müşayiət etməyi təklif etdiyini deyib və əlavə edib ki, bu, onların “vahid mövqedən” danışa bilməsi üçün də vacibdir.

“Mənim Avropa mandatım yoxdur, çünki Fransanın müstəqil diplomatiyası var, amma mən Avropa koordinasiyasına bağlıyam” deyə Makron əlavə edib.

Avropa Komissiyasının sözçüsü də Ursula von der Leyenin Makronla birlikdə səfərini təsdiqləyib.

Çinə səfərindən əvvəl von der Leyen gələn cümə axşamı (30 mart) Brüsseldə Aİ-Çin münasibətləri ilə bağlı çıxış edəcək.

 

Fransa Prezidenti həmçinin Almaniya Kansleri Olaf Şolts ilə Çinə səfəri müzakirə etdiyini və ikisinin “ortaq bir baxış”a sahib olduğunu söyləyib. Qeyd olunub ki, bu baxış Rusiyaya təzyiq etmək üçün Çinlə əlaqə saxlamaqla bağlıdır.

“Biz ərazi suverenliyi də daxil olmaqla, beynəlxalq hüquqa riayət edərək münaqişəni dayandırmaq üçün hər şeyi etməliyik” Makron deyib.

Xatırladaq ki, bu həftə Çin lideri Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Mənbə

Share: