Uşaqlar üçün hansı qidalar təhlükəlidir? – XƏBƏRDARLIQ!

ABŞ-ın Qidalanma və diyetologiya, Uşaq stomatologiyası, Pediatriya akademiyaları və Kardiologiya Assosiasiyası qida təhlili üzrə Healthy Eating Research (HER) təşkilatının rəhbərliyi altında 5 yaşına çatmamış uşaqlara ana südünün, südlü qarışıqların (süni qidanın), su və adi heyvan mənşəli südün verilməsi haqqında tövsiyələrini təqdim ediblər.

Milletinsesi.az e-tibb.az-a istinadən bildirir ki, bunu həkim-pediatr Həmid Hacıağayev açıqlayıb. Mütəxəssislər yüksək qida dəyəri olmayan məhsulların istifadəsinin təhlükəli olduğu haqqında xəbərdarlıq ediblər.

Buraya daxildir:

– tərkibində dadlandırıcı maddələr olan süd (məsələn, şokoladlı, çiyələkli);

– tərkibində şəkər olan v aşağı kalorili şirin içkilər;

– tərkibində şəkər, natrium və yağların çox olduğu südlü qarışıqlar (süni qidalar);

– kofein tərkibli içkilər;

– bitki yağı (məsələn, badam, düyü və yulaf yağları).

Tövsiyələr ABŞ-da sağlam uşaqlar üçün nəzərdə tutulub və qidalanma üzrə sağlamlığın kontrolu üçün yaxud individual qidalanma rasionunun qurulmasını (məsələn, heyvan mənşəli məhsulların qadağan edilməsini) tələb edən xüsusi təlimatların zəruri olduğu tibbi hallara aid deyil.

Tədqiqatlara əsasən, süd, südlü qarışıqlar və uşaqların 5 yaşadək içdiyi digər məhsullar onların sağlamlığına həm içdikləri zaman, həm də gələcəkdə böyük təsir göstərmiş olurlar.

Hər uşağın individual olduğunu nəzərə alaraq, ABŞ-ın öndə gedən tibbi təşkilatları ümumi qərar gəliblər ki, təqdim etdikləri tövsiyələr uşaqların əksəriyyətinin sağlam böyüməsini və inkişafını təmin edəcəklər.

Lakin hər bir valideyn öz körpəsinin individual tələbatının ödənməsi üçün həkimlə məsləhətləşməlidir.

Əsas tövsiyələr:

– 5 yaşa çatmamış bütün uşaqlara tərkibində dadlandırıcı maddələr olan süd, şəkərli və az kalorili şirin içkilər, tərkibində yağlar, şəkər və natrium çox olan südlü qarışıqlar (süni qidalar), kofein tərkibli içkilər, bitki (süni) südü vermək olmaz.

0-6 aylıq körpələrin yalnız ana südünə (yaxud süni qidaya) ehtiyacı var. Bu, körpəni lazımi miqdarda su və düzgün qida ilə təmin edir.

6-12 aylıq körpələrə bərk qidalar verməyə başladıqda ana südündən yaxud süni qidadan əlavə su vermək lazımdır (yemək vaxtı bir neçə udum kifayətdir). 1 yaşadək körpələrə meyvə yaxud tərəvəz şirəsi vermək lazım deyil. 100% təbii şirələr belə meyvənin özü qədər xeyirli deyil.

12-24 aylıq uşaqların rasionuna kənd südü əlavə etmək və adi içməli su vermək olar. Bu dövrdə 100% təbii meyvə şirəsi də vermək olar, lakin az miqdarda, lakin yenə də diri meyvə tikələri təklif etmək daha yaxşıdır.

2-5 yaşında süd və su çox xeyirlidir. Bu halda isə yağsız yaxud az yağlı süd vermək yaxşıdır. 100% təbii meyvə şirəsi isə müəyyən miqdarı (günlük 150-200 ml) aşmamaq şərti ilə verilə bilər.

Share: