Uşaqların gözlərinin altı niyə qaralır? 8 ən yayılmış səbəb

İnsanın üz dərisi onun sağlamlığının aynasıdır. Dərinin rənginin dəyişilməsi, ləkələr, sızanaqlar, kapilyarların üzə çıxması və s. kimi əlamətlər hər hansı xəstəliyə işarə edə bilər.

Adətən gözlərin altında tünd ləkələr, dərinin torbalanması, şişməsi böyrək xəstəlikləri ilə əlaqələndirir.  Lakin bu əlamətlərin digər səbəbləri də ola bilər. Bəzi hallarda bu ümumiyyətlə heç bir xəstəliyə işarə etmir və sadəcə insanın özəlliyidir.

Uşaqlarda da gözlərin altında göy kölgələr əmələ gələ bilər. Bu adətən analarda ciddi narahatlığa səbəb olur. Saglamolun.az sizi uşaqlarda gözlərin altında tünd ləkələrin əmələ gəlməsinin səbəbləri ilə tanış edir:

1. Genetika

Dərinin çox nazik olması və kapilyarların onun altında yaxın yerləşməsi belə ləkələrə səbəb ola bilər. Bu anatomik xüsusiyyətdir və heç bir xəstəliyə işarə etmir. Bu simptom ana və ya atada, yaxın qohumlarda (baba, nənə, əmi, bibi, xala, dayı) olur.

2.  Yorğunluq

Bu əsasən məktəblilərə aiddir. Məktəb dərsləri, hazırlıqlar, müxtəlif dərnəklər uşağın həddindən artıq yorulmasına səbəb olur. Bu da öz növbəsində üşağın xarici görünüşünə təsi edir – solğun dəri, gözlərin altında qara kölqələr.

3. Düzgün olmayan qidalanma

Uşağın qidalanması sağlam və tamdəyərli olmalıdır. Meyvə-tərəvəz, müxtəlif sıyıqlar, süd məhsulları, ət, yumurta qidalanmada daim olmalıdır.

4. Yuxunun az olması

Məktəblilər orta hesabla 9-10 saat yatmalıdır. Əks halda bu onların sağlamlığına mənfi təsir edir, müxtəlif pozulmalara yol açır.

Uşaq 22.00-dan gec olmayaraq yatmağa gedməlidir.

5. Açıq havada az olmaq

Uşaq hər gün ən azı 1 saat açıq havada olmalıdır. Əgər uşaq açıq havada olmur, daim qapalı evdə qalırsa  və xüsusilə də məhdudiyyətsiz kompüter, telefon, planşetdən istifadə edirsə, bu onun sağlamlığında və xarici görünüşündə çox ciddi iz qoyur.

6. Qanazlığı

Bu da qara kölgələrin ən yayılmış səbəblərindəndir. Qanazlığı olan uşaqların dərisi çoz solğun, ağ olur, nazilir ki, altındakı kapilyarlar daha aydın görünməyə başlayır. Gözlərin altında olan dəri çox nazik olduğundan tünd kapilyarlar burada kölgələrin əmələ gəlməsinə səbəb olur.

7. Qurdlar

Qurdlar uşağın orqanizmini zəhərləyir ki, bu dərinin vəziyyətinə də təsir edir.

8. Böyrək xəstəlikləri

Bu səbəbi də istisna etmək olmaz.

Pediatların fikrinə görə, xəstəlikdən öncə uşağın fiziologiyası, gözaltı dəri, genetik amillər araşdırılmalıdır. Əgər nəsildə çox adamda belə hal varsa, deməli, narahatlığa əsas yoxdur.

Əgər uşaq yaxşı yatır, aktivdir, normal yeyir, analizlər qaydasındadırsa, gözlərin altının rəngini dərd etməyin.

Share: