Uzun fasilədən sonra bu gün metro fəaliyyətə başladı

Bu gün istirahət günü olduğu üçün metroda elə də sıxlıq müşahidə edilmədi. Səhər saatlarından başlayaraq stansiyalarda nə sərnişin sıxlığı var, nə də qoyulmuş qaydaları pozan.

Bu barədə “Millətin Səsi.az”-a Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov 38 günlük fasilədən sonra yenidən faliyyətə başlayan metronun ilk iş günü ilə bağlı danışarkən deyib.

B.Məmmədov bildirib ki, metro açılan saatdan hər hansısa problem, narahatlıq qeydə alınmayb:

“Sərnişinlər öz aralarında kifayət qədər məsafə saxlayır. Sərnişinlər arasında məsafə saxlanılması üçün həm stansiyalarda, həm də qatarlarda da hər bir şərait var. Vaqonlarda əvvəlki qaydada oturmağa icazə verilməyəcək. Sərnişinlər aralarında bir oturacaq boş buraxmalıdır. Bunun üçün oturacaqlara məlumatlar da yerləşdirilib.

Hər kəs yoxlanılaraq metroya daxil olur. Yoxlamalar da tam olaraq qaydasındadır. Elan etdiyimiz kimi tibbi maskalarsz giriş qadağandır. Maska tamayan şəxslərin girişinə cazə verlimir”.

QSC sözçüsü bildirib ki, maska ilə bağlı göstərişə uyğun olaraq metro stansiyalarında fəaliyyət göstərən apteklər bu gün sübh 6-dan işə başlayıb:

“Həmçinin stansiyaların giriş sahələrində də səyyar qaydada tibbi maska satışı həyata keçirilir ki, bu da metroya maskasız girilməməsi üçün atılan addımardandır. Yəni sərnişin metroya maskasız gəlsə, maskası cırılsa, itsə belə metrodan çıxıb maska almağa ehtiyac yoxdur. Stansiyalarda səyyar formada bu maskaların satışı həyata keçiriləcək. Bu da metroya daxil omaq istəyən şəxsləri həm geri qaytarmamaq, həm də yoluxma riskini aşağı samaq üçündür”.

Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq metronun fəaliyəti müvəqqəti olaraq dayandırılmşdı.

Share: