Bu gün vətəndaşların Şuşa şəhərinə planlaşdırılan səfəri təxirə salınıb.
Millətin Səsi.az xəbər verir ki, bu barədə vətəndaşlara telefon vasitəsilə məlumat verilib. Məlumatda bildirilib ki, səfər texniki səbəblərdən təxirə salınıb. Növbəti günlərdə Şuşaya gedə biləcəklər.
Xəbəri dəqiqləşdirmək üçün Bakı Beynəlxalq Avtovağzalı ilə əlaqə saxladıq. Avtovağzaldan zəngimizə cavab verən operator xəbəri təsdiqlədi və qeyd etdi ki, 8-i noyabr tarixində vətəndaşların Şuşa şəhərinə planlaşdırılan səfərini həyata keçirəcək bütün reyslər təxirə düşüb.
Xatırladaq ki, işğaldan azad olunan torpaqlara müntəzəm səfərlərin təşkil edilməsi məqsədilə yaradılan www.yolumuzqarabaga.az portalı cari ilin əvvəlində istifadəyə verilib.