“Təzə Pir” məscidinin rəisi vəfat edib

“Təzə Pir” məscid kompleksinin rəisi Hacı Hatəm Mirzəyev vəfat edib.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb.

H. Mirzəyev noyabrın 7-də 65 yaşında dünyasını dəyişib.

Mərhum bu gün dəfn ediləcək.

Qeyd edək ki, Hatəm Musa oğlu Mirzəyev 1957-ci ildə Bakıda dünyaya gəlib. O, 2010-cu ildən “Təzə Pir” məscid kompleksinin rəisi vəzifəsində çalışırdı.

Mənbə

Share: