“Vəziyyəti gərginləşdirsələr, heç bir helikopter və ya təyyarə onları xilas etməyəcək…”

“Onlar bizə problemlər yaradarsa, cavab ani olacaq…”

 

“Elə düşünürsünüz ki, biz gopa basırıq? Hər şey hazırdır, qoy gətirsinlər…”

 

Lukaşenko Qərbə Putinlə söhbətini xatırladıb və nüvə zərbəsi ilə təhdid edib…

 

“Yadınızdadırmı, biz Putinlə bizim təyyarələrdə nüvə yükləri ilə zərbə endirilməsinin mümkünlüyünü müzakirə etmişik? Hər şey hazırdır!..”

 

Belarus Qərb tərəfdən təhdidlərə ani olaraq cavab verməyə hazırdır.

 

Moderator.az xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib. Məlumatı BelTA nəşri yayıb.

 

Hazırda “Atlantika qətiyyəti” əməliyyatı çərçivəsində ABŞ-ın hərbi texnikasının gətirilməsi davam edir. Helikopterlər və avadanlıq o cümlədən Şərqi Avropa ölkələrinə yerləşdiriləcək.

 

“Onlar anlamalıdır ki, heç bir helikopterlər və təyyarələr, vəziyyəti gərginləşdirsələr, onları xilas etməyəcək”, – Lukaşenko xəbərdarlıq edib.

 

“Biz Piterdə nə zamansa Putinlə bəyan etmişik ki, Belarusun Su təyyarələrini nüvə silahının daşınması üçün yenidən uyğunlaşdıracağıq. Siz elə düşünürsünüz ki, biz gopa basırıq? Hər şey hazırdır! Qoy gətirsinlər”.

 

“Qoy düşünsünlər. Mən onlara xəbərdarlıq etmişəm, Allah eləməsin, Belarusa qarşı hər hansı ciddi təxribat törədilərsə, biz hədəflərimizi müəyyən etmişik. Qərar qəbul ediləcək mərkəzləri bilirik. Mən heç kimə hədə-qorxu gəlmirəm” , – prezident əlavə edib.

 

“Ona görə də siz narahat olmayın. Onlar bizə baxır, biz də onlara baxırıq. Düzünü deməliyəm ki, hal-hazırda onlar sərhəddə vəziyyəti gərginləşdirmir (hər halda Polşada hamı ağılsız deyil, Dudanın ağlı qaçıbsa, hərbçilər axmaq deyil, onlar anlayır ki, cavab necə ola bilər).

 

Bu divarı qurublar, indi görürlər ki, miqrantlardan qoruya bilmir. Boş şeydir. Amma hərbçilər gözəl anlayır ki, Belarusla münasibətləri kəskinləşdirmək olmaz, çünki bu, nüvə silahına malik olan İttifaq dövləti ilə münasibətlərin kəskinləşməsi deməkdir. Onlar problemlər yaradarsa, cavab ani olacaq”, – Lukaşenko xəbərdarlıq edib.

Mənbə

Share: