Vaqif Xaçaturyan keşmiş “müdafiə naziri”, general Samvel Babayanın sürücüsü olub… 

 

“Məlumatlı şəxs bildirib ki, Vaqif Xaçaturyan 1996-1997-ci illərdə Artsax müdafiə ordusunun komandiri Samvel Babayanın sürücüsü olub”.

Milletinsesi.az xəbər verir ki, bunu gecə saatlarında  Ermənistanın “Hraparak” nəşri  iyulun 29-da “Laçın” sərhəd-nəzarət məntəqəsində Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan şəxslərdən biri kimi Azərbaycan Sərhəd Dövlət Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış Xaçaturyan Vaqif Çerkezoviçdən bəhs edərkən yazıb.

Xatırladaq ki, dünən axşam saytımızda Xankəndindəki separatçı-terrorçu rejim mənsublarının V.Xaçaturyanın 1988-1994-cü illərdə Birinci Qarabağ müharibəsində keçmiş Dağlıq Qarabağ ərazisindəki qanunsuz terrorçu silahlı birləşmələr tərkibində  Azərbaycana qarşı vuruşduğunu etiraf etməsi haqda da yazmışdıq. Belə ki, V. Xaçaturyanın guya qanunsuz olaraq saxlanması haqda boşboğazlıq edən  Xankəndindəki separatçı-terrorçu xuntanın qondarma “ombudsmanı”- “hüquq müdafiəçisi” Geqam Stepanyan Hraparak” nəşrinə açıqlamasında “Vaqif Xaçatryan birinci artsax müharibəsinin iştirakçısıdır” söyləyib…

Sultan Laçın

Mənbə

Share: