Vatikanda Papa ilə vida mərasimi başlayıb

 

Vatikanda yerləşən Müqəddəs Pyotr Bazilikasında Papa XVI Benediktlə vida mərasimi başlayıb.

Milletinsesi.az xarici KİV-lərə istinadən xəbər verir ki, papanın cəsədi bazilikanın mərkəzində tabutsuz sərgilənib. Onun əynində qırmızı liturgik paltar var və əlində təsbeh (dua üçün) tutur.

Vida ümumilikdə üç gün davam edəcək. Bu gün, yanvarın 2-də mərasimdə İtaliyanın baş naziri Corc Meloni iştirak edib. Dəfn mərasimi yanvarın 5-də olacaq. Mərasimə 60 minə yaxın insanın qatılacağı gözlənilir.

XVI Benedikt dekabrın 31-də 95 yaşında vəfat edib. O, səhhətinə görə təqaüdə çıxan ilk papa vəzifəsini icra edən olub və son on ildə monastırda yaşayır.

Mənbə

Share: