Veneranın atmosferində həyat əlaməti tapıldı

Günəşdən uzaqlığına görə ikinci planet olan Venerada fosfin maddəsi tapılıb.

Bu barədə Astrobiology.com məlumat yayıb.

Sözügedən tapıntı alimlər tərəfindən planetdə canlı orqanizmlərin yaşamasının mümkün göstəricisi kimi qəbul edilib.

Fosfin maddəsi planetin atmosferində tapılıb. Bu tapıntı Venerada ən azı əvvəllər məlum olmayan mürəkkəb kimyəvi proseslərin varlığından xəbər verib. Sözügedən molekul Çilidəki ALMA rəsədxanası və Havay adalarındakı Ceyms Klark Maksvell teleskopu vasitəsilə aşkar edilib.

Share: