BMT Türkiyəni müdafiə etdi

Yunanıstanın quru və dənizdən miqratları Türkiyə tərəfinə geri qaytarması düzgün deyil.

Milletinsesi.az xəbər verir ki, bunu BMT-nin İnsan haqları üzrə ali komissarı Mişel Baçelet deyib.

“AB ölkələrinin həm quru, həm də dənizdən miqrantları geri qaytarması və kütləvi şəkildə deportasiya etməsi qanuni öhdəliklərin pozulması deməkdir. Bu, miqrantların həyatı və hüquqları üçün ağır nəticələrə səbəb ola bilər. Miqrantlara qarşı bu cür münasibətlər müstəqil şəkildə araşdırılmalıdır”, – M.Baçelet bildirib.

 

Share: