Virusdan, pandemiyadan yorulmuşuq – ÜST rəhbəri

Son dörd həftə ərzində koronavirusdan ölüm halları əvvəlki ayla müqayisədə 35 faiz artıb. Təkcə bir həftə ərzində 15 min insan koronavirusdan ölüb.

Milletinsesi.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus deyib.

“Bizim infeksiyanın qarşısını almaq və insanların həyatını xilas etmək üçün lazım olan bütün vasitələrə malik olduğumuzu nəzərə alaraq, bu, tamamilə qəbuledilməz göstəricidir”, – deyə ÜST rəhbəri bildirib.

Qebreyesus, həmçinin deyib: “Biz hamımız bu virusdan, pandemiyadan yorulmuşuq. Amma virus bizdən bezməyib. Virusun necə dəyişdiyini başa düşmək əhəmiyyətli dərəcədə çətin olur”.

Mənbə

Share: