“Vuran 8-ci, vurulan 10-cu sinif şagirdidir”

Xəbər verildiyi kimi, Sumqayıtdan Kürdəmirə gələn qonaq bıçaqlanıb.

 

Bu gün saat 11 radələrində Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində 2008-ci il təvəllüdlü şəxsin kəsilmiş-deşilmiş xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Hadisəni törədən 2010-cu il təvəllüdlü bir nəfər müəyyən edilərək saxlanılıb. Araşdırmalar aparılır. Məsələ ilə bağlı Sığırll kənd bələdiyyə sədri Bayraç Həsənov  açıqlamasında bildirib ki, hadisə kənd məktəbinin təxminən 300-400 metr yaxınlığında baş verib:

 

“Vuran şəxs 8-ci sinif, vurulan şəxs 10-cu sinif şagirdidir. Hər ikisi kənd sakinidir. Hadisənin səbəbi hələ bəlli deyil. Vurulan yetiyetmə xəstəxanada, hadisəni törədən isə polis nəzarətindədir. Araşdırma aparılır”.   / “Cebhe.info”

Mənbə

Share: