Xərçəng olan aktrisa vəfat etdi

Böyük Britaniyalı aktrisa Barbara Vindzor 83 yaşında vəfat edib.

Milletinsesi.az axşam.az-a istinadən bildirir ki, Barbara xərçəng xəstəliyindən dünyasını dəyişib. Bu haqda aktrisanın həyat yoldaşı Scot Mişel məlumat verib. Onun Londondakı evində vəfat etdiyi söylənilib.

Barbara uzun müddətdir xərçəngdən əziyyət çəkdiyinə görə dəvət aldığı ekran işlərində də rol ala bilməyib. Sonuncu dəfə sənətçiyə 2016-cı ildə “EastEnders” serialında oynamaq təklif edilsə də, o, səhhətinə görə imtina edib.

Qeyd edək ki, Vindzor “DBE”, “Carry On” kimi ekran işləri ilə məşhurlaşıb.

Share: