Ötən gün aktrisa Neslihan Atagül və həyat yoldaşı Kadir Doğulu İstanbulun Etiler səmtində kameralara tuş gəlib.
Milletinsesi.az Türkiyə KİV-nə istinadən bildirir ki, Neslihan jurnalistlərin suallarını cavablandırıb. Sənətçi səhhətində yaranan problemlərə görə evindən yeni çölə çıxmağa başladığını bildirib:
“Hazırda daha da yaxşıyam. Ən azından bir-iki addım ata bilirəm. Tez yoruluram amma yavaş-yavaş həyata yenidən adaptasiya olmağa çalışıram. 5 kiloqram arıqladım. Həkim məsləhətinə əsasən serialdan da ayrıldım. Dedilər ki, istirahət etməlisən”.