Xətaidə 2 mağaza yandı

Bakıda gecə saatlarında yanğın faktı qeydə alınıb.

FHN-dən Milletinsesi.az-a verilən məlumata görə, paytaxtın Xətai rayonunda bir-birinə bitişik ümumi sahəsi 28 m², digərinin sahəsi 60 m² olan iki mağazanın yanar konstruksiyaları yanıb. Digər tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Share: