Xətaidə növbəti səyyar körüş keçirildi

Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev 264 saylı tam orta məktəbdə vətəndaşlarla görüş keçirib.

Millətin Səsi.az xəbər verir ki, görüşdə Xətai rayon prokuroru Sərdar İmanov, rayon sakinləri, həmçinin rayon icra hakimiyyətinin məsul şəxsləri, Bələdiyyə sədrləri, Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndələri və habelə xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxışında ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verib. İcra başçısı qeyd edib ki, Azərbaycanda həm ölkə başçısının qətiyyəti və iradəsi, təbii resurslar, həm güclü ordu, həm güclü iqtisadiyyat, vahid xalq, vətəndaş həmrəyliyi, hərbi sənaye kompleksi mövcuddur, bu amillərin qarşısında durmaq çox çətindir. Bildirilib ki, cənab Prezident xalqımızı bir zəfərdən digərinə aparır, dövlətimiz daha da möhkəmlənir və beynəlxalq nüfuzu artır. Hazırda Azərbaycan üçün yeni dövr başlayıb, və bu dövrə ölkəmiz Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında uğurla addımlayır. Bu günlərdə bütün şəhidlərimizin qisasının alındığı o şərəfli və qürurlu günləri yaşamaqdayıq. Artıq üç rəngli bayrağımız 30 il işğal altında qalan torpaqlarımızın hər qarışında dalğalanmaqdadır. Bu möhtəşəm qələbə Ali Baş Komandan İlham Əliyevin siyasi və hərbi iradəsi, igid vətən oğullarımızın qəhrəmanlığı və xalqımızın birliyi nəticəsində əldə olunub. Bu gün Qarabağ dirçəlir, biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq. Əminik ki, Qarabağın bərpası missiyası da uğurla icra ediləcək.

Daha sonra səyyar qəbulda sakinlərin arzu və təkliflər dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Görüş sakinlər tərəfindən razılıqla qarşılanıb. Sakinlər əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri də yüksək qiymətləndiriblər, ölkə Prezidenti və birinci vitse-prezident Mehriban xanım Əliyevanın ünvanına minnətdarlıq dolu xoş sözlər ifadə ediblər.

Share: