Xətaidə yol qəzasında piyadanın vurulma anı: Video

Xətai rayonu Cavanşir küçəsində ağır yol-nəqliyat hadisəsi baş verib.

Millətin Səsi.az xəbər verir ki, Cavanşir küçəsi ilə üzü Nargilə kafesinə tərəf yüksək sürətlə hərəkət edən 90-kb-695 qeydiyyat nişanlı 07 markalı avtomaşın yoldan keçmək istəyən piyadanı vurub. Təcili yardım gələnə kimi yaxında olan aptek işçiləri sakinlərin köməyi ilə ağır xəsarət alan piyadaya ilkin yardım göstəriblər.

Qeyd edək ki, həmin ərazidə yol qəzaları tez-tez baş verir. Əvvəllər qəza baş verən Cavanşir küçəsindəki yol tam təmirsiz vəziyyətdə idi yol abadlaşdı, lakin sakinlərin təhlükəsizliyi üçün piyadalara aid yol hərəkət nişanları quraşdırılmadı. O vaxtdan indiyə qədər onlarla qəza baş verib, lakin aidiyyatı qurumlar tərəfindən heç bir tədbir görülməyib. Təcili olaraq həmin əraziyə sürət həddini məhdudlaşdıran nişan piyada zolağı və yola hərəkəti məhdudlaşdıran maneələr yapışdırılmalıdır.

Qəzanın görüntüləri linkdə;

IMG_0696

IMG_0694

Share: