Xəzər dənizi donur

Xəzər dənizinin şimalında buzun qalınlığı həmişəkindən 30 faiz çoxalıb.

Bu barədə Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand “RİA Novosti”yə danışıb.

Onun sözlərinə görə, Rusiyanın Avropa hissəsinin cənubunda şaxtalar qeydə alındığı üçün donma baş verib.

“Əvvəlcə Taqanroq Körfəzində Azov dənizində suyun donması başlayıb.

Xəzər dənizinin şimalı da donub. Və dənizin səthindəki buz örtüyü hazırda həmişəkindən təxminən 30 faiz çoxdur. Söhbət buzun qalınlığı və sahəsinin əhatə etdiyi yerdən gedir”, – Vilfand bildirib.

Share: