Xəzərdə suitilərin kütləvi ölüm səbəbi məlum oldu

 

Xəzər dənizinin Dağıstan sahillərində suitilərin kütləvi ölüm səbəbi məlum olub.

Milletinsesi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Dağıstan Dövlət Universitetinin Ekologiya və Davamlı İnkişaf İnstitutunun direktoru Əlimurad Hacıyev bildirib.

Onun sözlərinə görə, Dağıstanın Xəzər sahillərində ölən suitilərdə quş qripi aşkarlanıb.

“Dekabr ayında sahildə tapılan suitilərin bioloji nümunələri üzrə tədqiqatların ilk nəticələrinə görə, quş qripi aşkar edilib. Bunlar yalnız ilkin araşdırmalardır və hazırda araşdırmalar davam edir. Amma əminliklə deyə bilərik ki, virus tapılıb”, – deyə o söyləyib.

“Hazırda ştamın növü müəyyənləşdirilir”, – deyə Hacıyev əlavə edib.

Mənbə

Share: