Xəzərin sahilində 2500 suiti cəsədi tapılıb

Xəzər dənizinin Dağıstan sahillərində 2 500-ə yaxın suiti cəsədi tapılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, suitilər Sulak və Şurinka çaylarının mənsəbləri arasındakı ərazidə aşkar edilib.

 

Ölən heyvanların sayının hesablanması davam edir.

 

“Bu, son on ildə Xəzər suitilərinin ən kütləvi tələfatıdır. “, – Nazirlik bildirib.

 

***

18:06

 

Dağıstanda Xəzər dənizinin sahillərində tapılan ölü suitilərin sayı 1700-ə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Xəzərin Ekoloji Mühafizəsi Mərkəzinin rəhbəri Zaur Qapizov məlumat verib.

 

Onun sözlərinə görə, suiti ölümlərinin sayı daha da arta bilər. Belə ki, heyvanlar fırtına nəticəsində həlak olurlar.

 

“Torlarda və ya dəriləri soyulmuş suitilərə rast gəlinməyib. Tamamilə bütöv cəmdəklərdir və onların artıq iki həftədir ki, öldükləri müəyyən olunub”, – deyə Qapizov vurğulayıb.

Mənbə

Share: