X siniflər üçün şagird yerdəyişməsinə başlanıldı

Avqustun 15-də saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə X siniflər üçün şagird yerdəyişməsi prosesinə start verilib.

Bu barədə Milletinsesi.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, proses “sy.edu.az” elektron sistemi üzərindən həyata keçirilir.

Valideynlər üçün “sy.edu.az” elektron sistemində ümumtəhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 5 sentyabr saat 18:00-dək davam edəcək.

Valideynlər 9 sentyabr saat 15:00-dək övladlarının sənədlərini yerdəyişmə etdiyi ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.

Mənbə

Share: