Xaçmazda kustar üsulla partlayıcı vasitələr hazırlayan şəxs saxlanılıb

Xaçmazda kustar üsulla partlayıcı vasitələr hazırlayan şəxs saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə rayon ərazisində kustar üsulla tezalışan partlayıcı vasitələrin gizli şəkildə hazırlanmasını və satışını həyata keçirən Sadiq Qanbayev saxlanılıb.

 

Sadiq Qanbayevin barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib olunub.

Mənbə

Share: