Xanərəb kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilib

Xanərəb kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilib.

 

Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Xanərəb kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.

Son illər Xanərəb kəndi qazlaşdırılıb, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin və bələdiyyənin inzibati binaları təmir edilib, 720 tonluq anbar binası təmir edilib istismara yararlı vəziyyətə gətirilib, 18 ədəd xidmət obyektləri müasir memarlıq üslubunda yenidən qurulub, 1 ədəd içməli su üçün artezianı bərpa edilib, 8 ədəd subartezian quyusu qazılıb, 6 km uzunluqda Xanərəb-Qaradəmirçi kəndlərarası yol, 8,5 km daxili yolları qum-çınqılla təmir edilib, kənd qəbirstanlığı abadlaşdırılıb, hasar çəkilmiş, 1 ədəd talvar tikilib, kəndi elektrik enerjisi ilə təmin edən yüksək və aşağı gərginlikli elektrik şəbəkəsi yenidən qurulub, aşağı gərginlikli elektrik xətləri kabelləşdirilib, kənd mədəniyyət evi təmir edilib, inventar və avadanlıqlarla təmin olunub və şəbəkədə 2 ədəd elektrik güc transformatoru yenisi ilə əvəz edilib, kənd yolunun kənarlarında yaşıllıq zolaqları salınıb, kənddə şəhidlər bulaq kompleksi tikilib, 624 şagird yerlik yeni məktəb binası tikilir

2021-ci ildə 240 hektar sahədə pambıq əkilmiş, hər hektardan 27 sentner olmaqla 155,5 ton pambıq istehsal edilib, 4 nəfər kümçü 8 qutu ipək qurdu bəsləmiş, hər qutudan 34 kq olmaqla 272 kq barama təhvil verilmiş, 2022-ci ildə 265 hektar sahədə pambıq əkilməsi barədə fermerlərlə müqavilə bağlanmış, hazırda pambıq yığımına hazırlıq işləri gedir, 5 nəfər kümçü 10 qutu ipək qurdu bəsləmiş, hər qutudan 28 kq olmaqla 280 kq barama təhvil verilmişdir.

 

Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Xanərəb kənd sakinləri Səyyaf Əliyev içməli su üçün kənddə 1 ədəd artezian quyusu qazılması, Faiq Quliyev kəndə elektrik şəbəkəsinə xidmət etmək üçün elektrik mantyorunun olmaması, Bayram Quliyev Pay torpağının yerləşdiyi “Üçtəpələr” adlanan ərazidə 26 hektar pay torpaqlarının suvarma suyu ilə təmin edilməsi üçün 1 ədəd subartezian quyusunun qazılması, İkram Nəcəfov özünüməşğulluq proqramı çərçivəsində mal-qara ilə və işlə təmin edilməsi, Zamiq Qasımov

kəndin ərazisində subartezian quyularını qidalandıran 70 km elektrik xəttinin yenidən qurulması, texniki normaya gətirilməsi, 930 reper nömrəli subartezian quyusunun yanmış nasosunun təmiri, Firdovsi Süleymanov kəndin “Dombanın yanı” adlanan ərazidə 32 hektar pay torpaqlarının suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün 1 ədəd subartezian quyusunun qazılması, Elsevər Quliyev iflic övladının müalicəsinə köməklik göstərilməsi, Araz Orucov nəvəsinə həyətyanı torpaq sahəsi verilməsi, Xəyal Rüstəmov kənddə internetin sürətinin aşağı olması, Əmirli-Xanağalı-Uğurbəyli kəndlərarası avtomobil yolunun yenidən qurulması, Knyaz Muradov kənddə içməli su üçün 1 ədəd artezain quyusunun qazılması barədə müraciət etmişlər.

Qaldırılan məsələlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.

Kənd sakinləri ölkəmizin torpaqlarının azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası, ölkəmizin iqtisadiyyatının inkişafına, əhalinin sosial müdafiəsi üçün görülən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.

Mənbə

Share: