Ermənistan hərbi büdcəsini 40% ARTIRIR

Ermənistan gələn ilin dövlət büdcəsində hərbi xərclərinin artırılmasına qərar verib.

Millətin Səsi.az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə 2023-cü ilin dövlət büdcəsinin layihəsində qeyd olunub.

Dövlət büdcəsində müdafiə xərcləri üçün 501,3 milyard dram (1,3 milyard dollar) ayrılması nəzərdə tutulub.

Qeyd edək ki, bu məbləğ Ermənistanın bu ilki müdafiə xərclərindən 40% çoxdur.

Ermənistan tarixində ilk dəfə müdafiə üçün ayırdığı vəsait 1 milyard dolları keçəcək.

Mənbə

Share: