“FSB”-nin 3 agenti yaxalandı…-Ölkədə Rusiya xeyrinə təxribat aparıblar …-FOTOLAR +VİDEO

Ukrayna Dövlət Təhqiqatlar Bürosu(DTR) Ukrayna Təhlükəsizlik Xidməti ilə birlikdə Ukraynanın Müstəqillik Günü ərəfəsində Odessada Rusiya bayrağını asmış  Rusiya Federal Təhlükəsizlik Xidmətinin(FTX-“FSB”) 3  agentini saxlayıb.

 

Moderator.az xəbər verir ki, “Ukrainskaya Pravda” bu haqda DTR-ə istinadla məlumat yayıb.

 

“Müəyyən edilib ki, Rusiya Ukraynaya genişmiqyaslı hücuma başlayandan bu xainlər şəhərdə aktiv təxribat fəaliyyətləri həyata keçiriblər. Xüsusilə, avqustun 22-də Odessadakı yaşayış binalarından birinin üzərində  “Odessa Rusiya şəhəridir” yazısı ilə Rusiya Federasiyasının bayrağını yerləşdiriblər. Daha sonra satqınlar həmin görüntünün fotosunu Ukraynaya qarşı təcavüzə haqq qazandıran təbliğat vasitələrinin istifadəsi üçün işğalçı dövlətin nümayəndələrinə ötürüblər.

 Təfərrüatlar: 

 

Dövlət Təhqiqatlar Bürosunun məlumatına görə, bu cinayətkar qruplaşma 2014-cü ildən Rusiyaya açıq dəstək verən və şəhərdə rusiyayönlü siyasi tədbirlərdə iştirak edən yerli sakin tərəfindən təşkil edilib.

 

Xainlər Odessa ərazisində hərbi obyektlərin yerləşdiyi yerlər, vətənpərvər fəallar haqqında məlumatlar toplayıb və bu məlumatları işğalçı dövlət rəhbərliyinə ötürüblər.

 

Onlar həmçinin Rusiya Federasiyasının xeyrinə təxribatçı fəaliyyətlər həyata keçirmək üçün Odessa vilayətinin hüquq-mühafizə orqanlarında agentlər şəbəkəsi yaratmaq planlarını hazırlayıblar.

Sultan Laçın

 

Mənbə

Share: