Xerson meri Zelenskiyə müraciət etdi: Yüzlərlə meyit…

Rus ordusu Xersonda çay limanını və dəmiryol vağzalını ələ keçirib. Dünən gecə şəhərdə sakit keçdi, ancaq tək-tək atışma səsləri eşidilirdi.

Millətin Səsi.az xəbər verir ki, bunu Xerson şəhərinin meri İqor Kolıxayev deyib.

Kolıxayev Ukrayna prezidentindən şəhər ərazisində yüzlərlə meyiti toplamaq üçün yaşıl dəhliz təşkil etməyi xahiş edib:

“Həm də Xersona yemək gətirmək lazımdır. Anbarlar şəhərdən kənarda yerləşir. Həm hərbçilər, həm də mülki əhali arasında ölən və yaralananlar var. Ruslar məktəblərə, hündürmərtəbəli binalara atəş açır, şəhərdə çoxlu partlayış səsləri eşidilir”.

Təsdiqlənməmiş məlumata görə, şəhərdə Ukrayna Təhlükəsizlik Xidmətinin binası atəşə tutulub və orada yanğın başlayıb.

Axar.az

Share: