Xocalıda şirkət maşını aşdı – yaralılar var

Xocalıda yük maşını qəzaya düşüb.

Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun məlumatına görə, hadisə Çanaqçı kəndində baş verib.

Belə ki, “Gədəbəy Sular” MMC-nin sürücüsü Mahir Sadıqovun idarə etdiyi “Hyundai” markalı yük avtomobili idarəetməni itirərək, yol kənarındakı dərəyə aşıb.

Qəza zamanı sürücü Mahir Sadıqov və şirkətin satış müdiri Hüseyn Məmişov yaralanıb.

Yaraıllar Füzuli rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Mənbə

Share: