Xocalıdan Xankəndi istiqamətində hərəkət edən düşmən texnikası məhv edilib.
Bu barədə Milletinsesi.az-a məlumat Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilib.
Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və döyüş texnikasını məhv etməkdə davam edir.
Noyabrın 9-da günorta saatlarında Xocalı-Şuşa yolu ilə Xankəndi istiqamətində hərəkət edən Ermənistan silahlı qüvvələrinin canlı qüvvə ilə dolu qoşqusunda D-30 topu olan 1 ədəd yük maşını zərbə PUA-sı ilə məhv edilib”, – nazirlik bildirib.