Soyuq hava ordumuza mane ola bilərmi?

“İstənilən müharibədə, xüsusilə də İkinci Dünya Müharibəsində havanın döyüş əməliyyatlarına təsiri hər vaxt nəzərdən keçirilib”.

Milletinsesi.az baku.ws-ə istinadən xəbər verir ki, bu sözləri hərbi ekspert Şahin Qocayev bildirib.

Onun sözlərinə görə, Azərbaycan Ordusu istənilən hava şəraitində irəliləyəcək:

“Qarabağda əsas strareji hissə Azərbaycanın nəzarətindədir. Azərbaycan artıq hədəfinə çatıb, istənilən hava şəraitində ordumuz irəliləyəcək.

İstər Napoleon, istərsə də Hitlerin dövründə müharibələr zamanı onlar strateji hədəfləri olan mərkəzə çata bilməmişdilər. Amma ordumuz mərkəzi götürüb. 1993-1994-cü illər zamanı da Azərbaycan ordusu dağları rahat şəkildə aşıb. Əsas məsələ strateji yüksəklik və məntəqlərin azad olunmasıdır.

Azərbaycan Ordusu döyüş əməliyyatlarına başlamazdan əvvəl hava ilə bağlı proqnozları doğru analiz etmişdi. Bunun nəticəsidir ki, qoyulan hədəfə vaxtında çatılıb və uğurlar əldə olunub”.

Share: