XXX tura bir oyunla start verilib

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXX tura start verilib.

 

Moderator.az xəbər verir ki, günün yeganə matçında “Sumqayıt” “Zirə” ilə üz-üzə gəlib.

 

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən matçda qalib müəyyənləşməyib -0:0. Bu nəticədən sonra “gənclik şəhəri” təmsilçisinin xalları 44-ə çatıb. Aktivinə növbəti 1 xalı yazdıran bakılılar isə 46 xalla 2-ci pillədə qərarlaşıb.

 

Qeyd edək ki, XXX turun digər görüşləri aprelin 13-14-də baş tutacaq.

Mənbə

Share: