Yaponiyada koronavirusa yoluxanların sayı 13468 nəfərə çatıb

Aprelin 25-ə olan son məlumatlara görə, Yaponiyada koronavirusa yoluxanların sayı 327 nəfər artaraq 13468-ə çatıb.

Bu barədə Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi və yerli administrasiyalar məlumat yayıblar.

Koronavirus yoluxmasından ölənlərin sayı 344 nəfər təşkil edib. Əlavə olaraq bildirilir ki, 267 nəfərin vəziyyəti çox ağırdır.

Bu günədək sağalaraq xəstəxanaları tərk edənlərin sayı isə 3181 nəfərdir.

Share: