Yardımlıda maşın dərəyə aşdı – YARALILAR VAR

Yardımlıda maşın dərəyə aşdı – YARALILAR VAR

Yardımlı rayonunda bir ailənin 3 üzvünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Şükürov Ramil Şamil oğlu idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşıb.

 

Hadisə nəticəsində Ramil Şükürov, onun həyat yoldaşı, 1989-cu il təvəllüdlü Şükürova Çiçək Ümidvar qızı və azyaşlı övladları 2013-cü il təvəllüdlü Şükürova Ramina Ramil qız xəsarət alıb. Yaralılar Bakıda yerləşən xəstəxanaların birinə gətiriliblər.

 

Hadisənin təfərrüatı araşdırılır.

Mənbə

Share: