“Yarım saata Qara dəniz donanması, günyarıma Rusiya ordusu məhv ediləcək…”

“Qərbdə Putinə münasibət  əsaslı surətdə dəyişib. Bu, Ukraynanın qələbəsidir” 

 

“Biz Zelenskinin ədalətli sülh barəsində təkliflərini tam dəstəkləyirik…”

 

“Biz Rusiyada vətəndaş müharibəsinin birinci mərhələsini müşahidə etməkdəyik…”

 

“Rusiya hakimiyyəti, o cümlədən şəxsən Putin Ukrayna ilə müharibəni uduzduqlarını anlayıb…”

 

Avropa liderləri Rusiya prezidenti Vladimir Putinə qarşı ritorikanı dəyişib.

 

Moderator.az xəbər verir ki, bu barədə “QORDON” internet nəşrinin baş redaktoru Alesa Batsmana müsahibəsində rusiyalı politoloq, publisist Andrey Piontkovski bəyan edib.

 

O, Rusiyanın Ukrayna şəhərlərini oktyabrın 10-da güclü raket hücumlarına məruz qoyduqdan sonra G7 ölkələrinin təcili sammiyini misal çəkib. Onun fikrinə görə, Qərbin Putinə qarşı ritorikasında “günahlarlıq” və “məsuliyyət” sözləri meydana çıxıb.

 

“Bütün Avropa liderləri də, o cümlədən ehtiyatlı Jozep Borrel də (Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi) belə düşünür. Putinı münasibət  əsaslı surətdə dəyişib. Məncə, ən böyük nəticə birgə bəyanatın 7-ci bəndidir, orada deyilir ki, “biz Zelenskinin ədalətli sülh barəsində təklifini dinlədik və tam dəstəyimizi və razılığımızş ifadə edirik”. Daha sonra bu 4 şərt sadalanır, – publisist xatırladıb.

 

Bu şərtlərə BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyü və suvetenliyin müdafiəsi, gələcəkdə Ukraynanın özünü müdafiə qabiliyyətinin saxlanılması, Ukraynanın bərpası və yenidən qurulması, Rusiyanın cinayətlərinə görə məsuliyyətə cəlb edilməsi aiddir. Piontkovski bəyan edib ki, indi bunlar təkcə “Zelenskinin deyil, bütün G7-nin şərtləridir.

 

“Bu, Ukraynanın qələbəsidir…praktiki terminlərdə bu, əlbəttə ki, ərazilərinin azad edilməsinin ertəsi günü NATO-ya tam hüquqlu üzvü kimi daxil olması, o zaman Ukrayna ərazisində döyüşlərin getdiyi dəlil olmayacaq…Siz Rusiyanın müvəqqəti hökumətinin hansı gerçəkliklə üz-üzə qalacağını soruşursunuz. Bax, gerçəklik belə olacaq, başqası yoxdur”, – o, deyib.

 

Politoloq qeyd edib ki, hazırda Rusiyada iki elit qruplaşması arasında ciddi mübarizə gedir.

 

Bu gün Ruiyada vətəndaş müharibəsinin birinci mərhələsi gedir.

 

“Biz onun necə cərəyan etdiyini görürük, bu səhra komandirləri priqojinlər, Kadırov Baş Qərargahın rəhbərini güllələməyi tələb edir…müdafiə nazirinə özünü gülləməyi təklif edirlər. Və prezident Putin də bunlara dəstək verir. Bu çağırışlarına görə Kadırova general-polkovnik rütbəsi verir. Bu iki elit qruplaşması arasında əsaslı mübarizə gedir. Deyirlər hansısa sülh və müharibə partiyaları var. Yoxdur belə bir şey. Eyni dərəcədə yaramazların, hərbi cinsyətkarların iki partiyası var və onlar sözün əsl mənasında bir-birilə vuruşur”, – Piontkovski deyib.

 

Onun fikrincə, Rusiyafa hakimiyyətin bütün “zirvəsi”, o cümlədən Putinin özü də Ukrayna ilə müharibəni uduzduqlarını anlayıb. Amma Rusiya buna görə “Ukraynaya az nifrət etmirlər”, lakin onların başqa problemi, “daha vacib və ürəyə daha yaxın olan hakimiyyəti necə saxlamaq” problemi peyda olub.

 

“Bunun üçün bir böyüm günahların adını açıqlamaq lazımdır. Hər şeyi onun üzərinə atmaq və xalqa izah etmək lazımdır. Belə faşist sistemlərində bu, klassik problemdir. Biz bunu Hitler ordusunda, Sovet İttifaqının ilk uğursuz illərində də görmüşük. Kimdir günahkar? Ya fürer, ya generalları. Bu problemin yalnız iki həlli var. Və təbii ki, kadırovlar, priqojinlər nədən cəsarətlənib? Bir də bütöv yaramazlar qrupu var, Ukraynada siz onların hamısını tanıyırsınız, bunlar üzdəniraq hərbi müxbirlərdir”, – o, deyib.

 

Piontlovskinin fikrincə, Putin onları generrallarla qarşı-qarşıya qoyur.

 

 “Deməli, “generallar günahkardır”. Bu münaqişə genişlənir”, – politoloq deyib.

 

Daha sonra o, Qərbin Rusiyanın nüvə şantajına cavabından danışıb: yarım saata donanmanı, günyarımdan sonra isə ordunu məhv edərik. Moskvada bunu anladılar.

 

Moskva Qərbim Rusiyanın nüvə silahı tətbiq edəcəyi təqdirdə cavab hərbi cavab barəsində xəbərdarlığını eşidib və nəticədə ritorikasını dəyişib.

 

O, deyib ki, Co Bayden administrasiyasında cavabın nüvə və ya qeyri-nüvə olacağı barədə məsələ müzakirə edilib.

 

“Cavab prinsipial olaraq belə olub: “Nüvə silahından cinayətlarcasına istifadəyə biz nüvə silahından analoji olaraq cinayətkarcasına istifadə etməyəcəyik, Ukraynanın  ya Rusiyan bu və ya digər şəhərinə zərbə endirməyəcəyik. Biz konvensial (qeyri-nüvə, adi hərbi) vasitələrlə onların silahlı qüvvələrini məhv edəcəyik”. Bax, bu, prinsipial qərardır”, – o, deyib.

 

Piontkovski ABŞ-ın ikimərhələli cavabını təsvir edib.

 

“Generallardan biri konkret cavab verib: “İlk yarım saata bütün Qara dəniz donanması və onun sahildəki bazaları məhv ediləcək. Bu, kifayət qədər inandırıcı olmasa, növbəti iki gün ərzində konvensional silahla cavab veriləcək”.

 

Bunu gözləmirdilər, deyirdilər ki, NATO nə edə bilər ki? Heç demə 16 HIMARS Ukrayna ordusunun Rusiya ordusunu üstələməsi və strateji təşəbbüsü ələ alması üçün yetərli olub. Bax, belə-yarım saata donanma, günyarıma ordu məhv ediləcək. Moskva bunu anlayıb”, – Piontkovski hesab edir.

 

“Qayıdaq Moskvaya. Ötən həftə ərzində biz rusların belə fikrilə üzləşdik: “Biz nüvə silahından istifadə etməyi düşünmürük. Nüvə müharibəsi mümkün deyil. Bu müharibədə qaliblər ola bilməz. Amerikalılar bizə hədə-qorxu gəlir. Hansı nüvə müharibəsindən danışırlar? Buna heç bir halda yol vermək olmaz”, – o, vurğulayıb.

 

Rusiyanın nüvə silahından istifadə etməsinə cavab olaraq Rusiya ordusu məhv ediləcək. Bunu Jozep Borrel bəyan edib.

Mənbə

Share: