Yasəmən Qəyyumlu “N” saylı hərbi hissəni ziyarət edib

Moderator.az xəbər verir ki, “Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək” İctimai Birliyin sədri Yasəmən Qəyyumlu “Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi”nin birinci vitse-prezidenti Ruhiyyə Poladova ilə birlikdə “N” saylı hərbi hissədə qulluq edən zabit və əsgərləri ziyarət ediblər.

Əsgərlərin asudə vaxtının səmərəli keçməsi üçün təşkil olunan konsert proqramında tamınmış incəsənət xadimi Manaf Ağayev, Pünhan Piriyev, Urfan bəy və digər  musiqiçilər iştirak ediblər.

Konsert proqramının təşkil olunmasında Ruhiyyə Poladovanın xüsusi əməyi hər kəs tərəfindən alqışlarla qarşılanıb.

“Ədalət yolu” qəzetinin baş redaktoru Lalə Həşimova media tərəfdaşı olaraq, tədbirdə yüksək səviyyədə iştirak edib. Birlik sədri Yasəmən Qəyyumlu çıxışı zamanı əsgərlərin vətən uğrunda istər müharibə dövründə, istərsə də orduda misilsiz xidmətlərindən, onların vətənə, dövlətə və xalqa sonsuz sevgisindən söz açıb. Onlarla fəxr etdiyini bildirib.

Çıxışı ilə bəs kəsi göz yaşına bürüyən şəhid analarını və şəhid atasını əsgərlər bir neçə dəqiqə ayaq üstə alqışlayıblar.

Tədbirin sonunda hərbi hissə komandiri tədbir iştirakçılarını Fəxri Diplomla təltif edib.

Mənbə

Share: