Yasamal polisi narkomanlarla bacarmır? – Rəsmi

Ötən gün ATV-nin çəkiliş qrupu paytaxtın Yasamal rayon Zivərbəy Əhmədbəyov 10 ünvanındakı binanın narkomaniya yuvasına çevrilməsi barədə reportaj hazırlayıb. Görüntülərdəki ərazi Baku TV-nin aylar əvvəl çəkiliş etdiyi ərazi ilə eyni deyil, lakin rayon Yasamaldır.

Bu sözləri Axar.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev hər iki süjetdə eyni ünvanın adının keçməsi haqda danışarkən deyib.

“Əməkdaşlarımız artıq ərazidə olub, vəziyyətə yerində baxılıb. Növbətçi qrupları əraziyə təhkim olunub”, – E.Hacıyev bildirib.

Qeyd edək ki, Baku TV-nin məlum süjetindənsonra ərazi narkomanlardan təmizlənmiş və nəzarətə götürülmüşdü.

Share: