Yaxın dostu Putini pislədi:”Qəbuledilməz”

2013-cü ildə Rusiyadan vətəndaşlıq alan və Putinə yaxınlığı ilə tanınan məşhur ulduz -Jerar Depardye aprelin əvvəlində Parisdəki Champs-Elysees Teatrında verəcəyi 3 konsertin bütün gəlirini Ukraynadakı müharibənin qurbanlarına verəcək.

Millətin Səsi.az xəbər verir ki, bu məlumatı Depardye Fransa mətubatına verdiyi açıqlamda bildirib.
O deyib:

“Rus xalqı Putin kimi hökmdarlarının qəbuledilməz çılğın sürüklənməsinə görə məsuliyyət daşıya bilməz. Qoynundan Dostoyevski, Tolstoy, Qoqol, Çaykovski, Prokofyev və kimi məşhur ulduzlar çlxan Rusiya xalqına həmişə bənzərsiz bir sevgi ilə bağlıyam.

Qeyd edək ki, əvvəllər Putinə təriflər deyən dünyaca məşhur fransız kino ulduzu Jerar Depardye onun Ukraynaya müdaxiləsini “qəbuledilməz və çılğın sürüklənmə” kimi pisləyib.

Share: