Yay tətilinin ləğv olunması üçün heç bir əsas yoxdur – Nazirlik

Yay tətilinin ləğv olunması üçün heç bir əsas yoxdur. Biz yəqin ki, uşaqların istirahət hüquqlarını əllərindən almayacağıq.

Bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

Onun özlərinə görə, ötən illərdən fərqli olaraq, bu il vəziyyətlə əlaqədar şagirdlər yay tətillərini düzgün qiymətləndirməlidirlər:

“Onlar yay tətillərində istirahətlə yanaşı, təhsillərinə də zaman ayırmalıdırlar. Şagirdlərin tətil müddətində öz üzərində işləməsi çox vacibdir”.

Bir sıra ölkələrdə məktəblərdə tədrisin ilk olaraq, yuxarı sinif şagirdləri üçün açıldığını deyən M.Vəliyeva qeyd edib ki, Azərbaycanda zərurət yaranarsa, məktəblər açıldıqda bu imkan nəzərdən keçiriləcək:

“Bunu hərtərəfli düşünəcəyik. Amma dərs ilinin sonuna kimi məktəblərin açılması real görünmür. Hazırda insanlar arasında sosial məsafənin saxlanılamsı olduqca vacibdir. Məktəblərdə isə uşaqların bir-biri ilə məsafəni saxlaması çətin olacaq”. (trend

Share: