Yeni prezident ilk xarici səfərini bu ölkəyə edəcək 

Braziliyanın yeni prezidenti Luiz İnasio Lula da Silva ilk xarici səfərlərini Argentina, Çin, Portuqaliya və ABŞ-a edəcək.

 

Modern.az  xəbər verir ki, bu barədə “Globo” kanalı məlumat yayıb. 

 

Yanvarın 1-də vəzifəsinin icrasına başlayan Lula da Silva ilk xarici səfərini yanvarın 23-də Argentinaya edəcək. Hazırda ABŞ-a səfərin konkret tarixləri barədə məlumat yoxdur, ABŞ və Britaniya prezidentlərinin yanvarın sonu və ya fevralın birinci yarısı üçün görüşəcəyi bildirilir.

 

Məlumata görə, Braziliya lideri Davosda keçiriləcək Dünya İqtisadi Forumunda şəxsən iştirak etməyəcək.

 

Akif İsmayılov 

Mənbə

Share: