Yeniyetmələrin davası qanlı sonluqla bitdi: 1 ölü, 5 yaralı 

 

ABŞ-da yeniyetmələrin mübahisəsi davaya çevrilib və qanlı sonluqla yekunlaşıb.

Milletinsesi.az xəbər verir ki, hadisə Birləşmiş Ştatların Corciya ştatında baş verib.

Məlumata görə, yeniyetmələr əyləncə mərkəzinin yaxınlığındakı körpüdə münasibətlərini aydınlaşdırmağa çalışıblar.

Gərginlik pik həddə çatıb və silahlar danışmağa başlayıb.

Atalanta polisinin verdiyi məlumata görə, atışma nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Yaralılardan birinin vəziyyəti olduqca ağır qiymətləndirilir.

Mənbə

Share: