Yer kürəsinin 2020-cı il üzrə orta temperaturu müşahidələrin bütün tarixi ərzində ən isti il sayılan 2016-cı ilin rekordunu təkrarlayıb.
Bu barədə “Copernicus Climate Change Service” (C3S) bəyan edib.
C3S Avropa İttifaqının himayəsi ilə yer kürəsində müşahidə aparan “Kopernikus” (Copernicus Earth Observation Programme) proqramının təqdim etdiyi altı tematik informasiya xidmətlərindən biridir. “Kopernikus” Avropada və digər ölkələrdəki mövcud tədqiqat infrastrukturu və məlumatlar üzərində qurulmuş operativ proqramdır. C3S Ümumdünya İqlim Tədqiqatları Proqramı (WCRP) çərçivəsində həyata keçirilən iqlim tədqiqatlarına əsaslanır.
“C3S xidməti qeyd edir ki, 2020-ci il qlobal miqyasda 2015-ci ildən sonra ən isti il sayılan 2016-cı il ilə cütləşərək rekord isti illər seriyasında altıncı yerdə qərarlaşıb. Beləliklə, 2011-2020-ci illər müşahidə tarixinin planetdə ən isti onilliyi olub” , – deyə məlumatda bildirilir.
Bundan əlavə, meteoroloqlar 2020-ci ilin Avropada ən isti il olduğunu qeyd edirlər. 2020-ci ilin əvvəllər ən isti il kimi tanınan 2019-cu ildən 0,4 dərəcə isti keçdiyi bildirilir.