Yevlaxda 4 yeniyetmə itkin düşdü

Mart ayının 19-da Yevlax rayonunun Ərəş kəndində yaşayan 4 yeniyetmə – 2008-ci il təvəllüdlü Quliyeva Sona Səyyaf qızı, 2008-ci il təvəllüdlü Musayeva Aysu Nəsimi qızı, 2005-ci il təvəllüdlü İsmayılov Nəbi Seyran oğlu və 2005-ci il təvəllüdlü Soltanov Ələmdar Elgün oğlu yaşadıqları evlərdən çıxaraq bir daha geri qayıtmayıblar.

 

Bu barədə Modern.az-a  DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

 

Şəkillərdəki şəxsləri görənlərdən və barələrində məlumatı olanlardan DİN-in “102 – Zəng Mərkəzi”nə, həmçinin Yevlax Rayon Polis Şöbəsinin (022) 336 – 45 – 02 şəhər və (055) 537 – 87 – 97 mobil nömrələrinə zəng vurmaları xahiş olunur.

 

Mənbə

Share: