Yollarda sürət həddi niyə endirilir?

 Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. 

Demək olar ki, mütəmadi olaraq hər gün bu tip xəbərlərlə qarşılaşırıq. Bəs görəsən tez-tez rastlaşdığımız yollarda “sürət həddinin azalması” -na əsas səbəb nədir?

 

 

 Mövzu ilə bağlı  yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov Moderator.az-a danışdı. Bildirdi ki, yağıntılı hava şəraiti ilə əlaqədar olaraq yollarda göstərilən sürət nişanlarında dəyişikliklər edilir:

 “Yollarda sürət həddi ilə bağlı edilən dəyişikliklər daha çox hava ilə bağlıdır. Belə ki, yüksək sürət həddi olan yollarda sürəti bildirən tablolar var. Onların funksyası məlumat verməkdir.  Onların vasitəsi ilə əlverişsiz hava şəraiti – duman, çiskin, qar, toz burulğanı olduqda sürət endirilir.  Sürücülər məlumatlandırılır ki, asta gedin hava şəraiti əlverişsizdir”. 

 Moderator.az 

Mənbə

Share: