“YouTube” videohostinqinin mənfəəti məlum olub

2019-cu ilin son üç ayı ərzində dünyanın ən böyük videohostinqi “Google” şirkətinə təxminən 5 milyard dollar mənfəət qazandırıb. Bu haqda “Alphabet”in maliyyə hesabatından məlum olub.

Milletinsesi.az ictnews.az-a istinadən bildirir ki, “YouTube” təxminən 15 ildir axtarış sisteminə məxsusdur, ancaq əvvəllər şirkət heç vaxt videohostinqdən əldə etdiyi gəliri açıqlamırdı. 2006-cı ildə “Google” şirkəti 1,65 milyard dollara “YouTube”u satın almışdı.

Hesabata əsasən, 2019-cu ildə videohostinqin reklam gəliri 15 milyard dollar təşkil edib. 2018-ci illə müqayisədə “YouTube”un gəliri 36,5% yüksəlib.

Share: