Yunanıstan sahillərində miqrantları daşıyan gəmi batdı: Çox sayda insan həlak oldu


Yunanıstanın Lesbos adasının sahillərində miqrantları daşıyan gəminin qəzaya uğraması nəticəsində azı 15 nəfər ölüb.

 

Bu barədə Yunanıstan Sahil Mühafizəsi məlumat yayıb.

 

Gəmidə 40-a yaxın adam olub. Bildirilir ki, 5 nəfər xilas edilib.

 

20 nəfərin taleyi ilə bağlı hələlik məlumat yoxdur.

Mənbə

Share: