Yunanıstana üz tutan qaçqınların sayında artım müşahidə olunur.
Belə ki, sentyabr ayının iki həftəsində ölkənin adalarına təqribən 4 min qeyri-qanuni miqrant gəlib. Ekspertlərin fikrincə, belə davam etsə, ayın sonunadək yunan adalarına 9 min əlavə miqrant gələcək.
Artıq yunan adalarındakı düşərgələrdə qaçqınlar üçün yer tapılmır. Hökumət əlavə tədbirlər görsə də, vəziyyət ağır olaraq qalır. (AZƏRTAC)