Yunanıstanda ilk dəfə qadın prezident seçilib

Yunanıstan parlamenti xanım Ekaterini Sakellaropulunun namizədliyini ölkə prezidenti vəzifəsinə dəstəkləyib. Parlamentdəki 300 deputatdan 200-dən çoxu xanım Sakellaropuluya etimad göstərib.

Qeyd edək ki, E.Sakellaropulu Dövlət Şurası – Ali İdarəetmə Məhkəməsinin sədri olub. O, Yunanıstan tarixində ilk qadın prezidentdir.

Share: