Yunanıstanda Qərbi Nil virusundan 15 nəfər ölüb

Yunanıstanda bu il ərzində Qərbi Nil virusundan 15 nəfər ölüb. Bu barədə Milli İctimai Səhiyyə təşkilatı məlumat yayıb.

Məlumatda bildirilir ki, ümumilikdə 158 nəfər bu virusa yoluxub. Virusun daha geniş miqyasda yayılmaması üçün profilaktik tədbirlər görülür.

Qeyd edək ki, Qərbi Nil virusu Yunanıstanda ilk dəfə 2010-cu ildə aşkar edilib. (AZƏRTAC)

Share: