Yunus Kılıç səfirliyə hücuma görə İranı ittiham etdi

“Türkiyə və Azərbaycan əvvəlki ölkələr deyil. Hər iki ölkə regionda və dünyada böyük nüfuz sahibidirlər”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun üzvü Yunuzs Kılıç Qərbi Azərbaycan İcmasında jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, Qərbi Azərbaycan torpaqlarında tarixən azərbaycanlılar yaşayıbar, ermənilərin sayı çox az olub: “Şükürlər olsun ki, Azərbaycan zəfəri ilə haqsızlığa son qoyaraq ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan və Türkiyə bir-birinə əvvəlkindən daha yaxındırlar. Biz dost və qardaş olaraq hər zaman Azərbaycanın yanındayıq”.

 

Deputat, həmçinin Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən hücumu pisləyib. Qeyd edib ki, İran hökuməti terror aktına görə məsuliyyət daşıyır.

Mənbə

Share: