“Yuventus” “Milan”a qarşı – Bu gün

Koronavirusa görə İtaliyada dayandırılan futbol mövsümü bu gün bərpa olunur.

Qol.az xəbər verir ki, ölkə kubokunun yarımfinalının cavab matçında “Yuventus” “Milan”ı qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Komandalar arasında keçirilən ilk oyunda 1:1 hesabı qeyd alınıb.

Yarımfinal mərhələsinə sabah keçiriləcək “Napoli” – “İnter matçı ilə yekun vurulacaq. Bu komandaların ilk duelində isə “Napoli” qalib gəlib – 1:0.

Share: